BAKI, 20 mart. TELEQRAF

Abşeron rayonu ərazisində bir nəfərin avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı E.İsmayılova məxsus “Opel” markalı avtomobilə keçirilən baxış zamanı 6 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.