
BAKI, 21 mart. TELEQRAF
"Vaşinqton Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar keçirməyi planlaşdırır".
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “The Glenn Beck Program”a müsahibəsində bildirib.
“Biz Səudiyyə Ərəbistanında dolayı danışıqlar üçün texniki qruplar təşkil edirik. Moskva və Kiyevdən gələn nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və hər bir tərəfin şərtləri ABŞ nümayəndələri tərəfindən dinləniləcək" - Kelloq deyib.