BAKI, 20 mart. TELEQRAF

Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Afrikaya aprelin 10-da baş tutmalı olan səfərini ləğv edib və səfəri aprelin 24-nə təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya brifinqdə bildirib.

“Zelenskinin xahişi ilə onun Cənubi Afrikaya səfəri aprelin 24-nə qədər təxirə salınıb”, – nəşr Cənubi Afrika liderinin mətbuat katibindən sitat gətirir.