BAKI, 21 mart. TELEQRAF

"SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ona qarşı sui-qəsdin hazırlandığını iddia edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.

Musk DOGE-nin hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırdığını, buna görə də bəzilərinin qəzəbinə tuş gəldiyini bildirib.

“Belə çıxır ki, bəzilərinin dələduzluq yolu ilə əldə etdikləri pulları müsadirə edəndə çox əsəbləşirlər”, - o əlavə edib.