
BAKI, 21 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Təhsil Departamentinin bağlanması barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdə imzalanma mərasimi keçirilib.
"Bu gün mən federal Təhsil Nazirliyinin tamamilə ləğvi haqqında fərman imzalayacağam. Bu, 45 ildir davam edən tarixi addımdır. Federal təhsil departamentinə ehtiyac yoxdur. Biz indi təhsil idarəsini aid olduğu yerə: ştatlara qaytaracağıq. Birləşmiş Ştatlar təhsilə hər hansı ölkədən daha çox pul xərcləyir, ancaq biz nailiyyət baxımından hələ də siyahının sonunda yer alırıq. Təhsil Departamentini bağlamaq üçün bütün qanuni addımları atacağıq, lakin ehtiyacı olan və ya əlilliyi olan uşaqlarımız üçün bəzi proqramları qoruyub saxlayacağıq" - Tramp deyib.
Tramp sonda ABŞ-nin təhsil sahəsində görüləcək çox işin olduğunu bildirib.