BAKI, 20 mart. TELEQRAF

Göyçayda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Göyçay rayonunun Çərəkə kəndində ümumi sahəsi 300 m² olan restoranın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 140 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.