BAKI, 21 mart. TELEQRAF

İsrail Qəzza zolağının Rəfah şəhərinin Şabura bölgəsinə hücumlar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin "Trt Haber" kanalı məlumat yayıb.

Məlumatda o da qeyd edilib ki, İsrail qüvvələri Qəzzanın şimal və mərkəzi hissələrində yerüstü əməliyyatları davam etdirir.

Qeyd edək ki, İsrail ordusu yanvarın 19-da qüvvəyə minən atəşkəsi pozaraq martın 18-də yenidən Qəzza zolağına şiddətli hücumlara başlayıb.