
BAKI, 21 mart. TELEQRAF
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələlərinin ilk oyunları keçirib.
Teleqraf xəbər verir ki, birinci oyun günündə 12 qarşılaşma baş tutub.
Turnirin son qalibi İspaniya yığması səfərdə Niderlandla 2:2 hesablı bərabərliyə razılaşıb.
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasının qrupdakı sonuncu rəqibini müəyyənləşdirən ilk matçda Xorvatiya evdə Fransanı məğlub edib.
Almaniya isə səfərdə İtaliya üzərində əzmkar qələbə qazanıb.
Qeyd edək ki, pley-off və 1/4 final mərhələsinin cavab oyunları 23 martda keçiriləcək.
UEFA Millətlər Liqası
20 mart
1/4 final
Niderland – İspaniya - 2:2
İtaliya – Almaniya - 1:2
Xorvatiya – Fransa - 2:0
Danimarka – Portuqaliya - 1:0
A və B liqaları arasında pley-off oyunları
Türkiyə – Macarıstan - 3:1
Ukrayna – Belçika - 3:1
Avstriya – Serbiya - 1:1
Yunanıstan – Şotlandiya - 0:1
B və C liqaları arasında pley-off oyunları
Ermənistan – Gürcüstan - 0:3
Kosovo – İslandiya - 2:1
Slovakiya – Sloveniya - 0:0
Bolqarıstan – İrlandiya - 1:2