.jpg)
BAKI, 21 mart. TELEQRAF
Fransa və İtaliya iki milyon artilleriya mərmisinin alınması üçün Ukraynaya 5 milyard dollar məbləğində yardım paketinin ayrılması ilə bağlı razılaşmanı təxirə salıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, bu iki ölkə maliyyə qərarlarının qəbulunu gecikdirir.
İtalyan diplomatlar yardımla bağlı razılaşmadan əvvəl daha çox maliyyə və texniki detalları dəqiqləşdirmək istədiklərini bildiriblər.