GORANBOY, 3 noyabr. TELEQRAF

Goranboyda ölümlə nəticələnən qəza baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

“NİVA” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırdıb.

Qəza nəticəsində 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva vəfat edib.

O, birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanılıb.