GƏNCƏ, 3 noyabr. TELEQRAF

Gəncədə qətl hadisəsi törədilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.