BAKI, 4 noyabr. TELEQRAF

Noyabrın 3-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.