
BAKI, 25 fevral. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı İsraili Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 600-ə yaxın fələstinli məhbusu azadlığa buraxmadığı üçün tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
HƏMAS İsrailin hərəkətlərini atəşkəs razılaşmasına ziddi hesab edir. Hərəkatın sözçüsü vurğulayıb ki, 600 fələstinli geri qayıtmayana qədər danışıqlar aparılmayacaq.
Razılaşmaya əsasən, İsrail keçən həftə sonu fələstinli givorları azad etməli idi, lakin baş nazir Benyamin Netanyahunun ofisi “HƏMAS tərəfindən təkrarlanan pozuntular” səbəbiylə prosesi təxirə salıb.