Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8 600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.