BAKI, 16 noyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirlib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.