BAKI, 29 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
“Xankəndi” “Gəncəbasar”la, “Zəngəzur” isə “Karvan Yevlax”la üz-üzə gələcək. Hər iki oyun saat 14:00-da start götürəcək.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı”, “Şəfa” və “Kəpəz” 1/8 finala vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 oktyabr
14:00.“Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu.