BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, yığmamız növbəti mərhələdə Cəbəllütariq seçməsi ilə üz-üzə gələcək. Rəqib 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan – Cəbəllütariq matçı bu gün saat 18:15-də başlayacaq.