BAKI, 28 oktyabr. TELEQRAF

İtaliya təmsilçilərindən “Milan”ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasında unikal rekorda imza atıb.

Teleqraf xəbər verir ki, xorvatiyalı futbolçu “Milan”ın “Udineze” ilə matçında Kristian Pulişiçə məhsuldar ötürmə verib.

"Opta" statistika portalının məlumatına görə, Modriç 2004/2005 mövsümündən, A Seriyasında 20 komandalı formatın bərpasından sonra 40 yaşdan yuxarı futbolçular arasında məhsuldar ötürmələrin sayına görə mütləq rekordçu olub. O, bu yaş həddini keçdikdən sonra dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla da 41 yaşlı yarımmüdafiəçi bu göstəricidə “Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviçi geridə qoyub.

Qeyd edək ki, Modriç 2025-ci ildən “Milan”ın formasını geyinir.