BAKI, 28 oktyabr. TELEQRAF

La Liqa klublarından “Espanyol” baş məşqçisi Manolo Qonsaleslə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi ispaniyalı mütəxəssisi komandanın uğursuz nəticələrinə görə istefaya göndərib. O, 2024-cü ildən “Espanyol”a rəhbərlik edirdi.

Qeyd edək ki, sözügedən komanda hazırda La Liqada 8 xalla 18-cidir.