BAKI, 28 oktyabr. TELEQRAF

Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi “Şaxtyor”un futbolçusu Vinisius Tobias Avropanın aparıcı klublarının diqqətini çəkib.

Teleqraf “Tutto Mercato Web” nəşrinə istinadla xəbər verir ki, İtaliyanın “Napoli” klubu 22 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə yaxından maraqlanır.

Bildirilib ki, Avropanın bir sıra klubları qış transfer pəncərəsində futbolçu üçün təklif göndərməyə hazırlaşır.

Vinisius Tobias həm beşli müdafiə sistemində cinah müdafiəçisi, həm də klassik sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, braziliyalı futbolçu 2026/2027 mövsümündə “Şaxtyor”un heyətində bütün turnirlərdə 12 oyun keçirib və 2 qol vurub.