BAKI, 28 oktyabr. TELEQRAF
Türkiyə Super Liqa klublarından “Fənərbağça”nın yeni çalışdırıcısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İsmayıl Kartalın istefasından sonra yeni baş məşqçi təyin olunana qədər komandanı Dirk Kuyt çalışdıracaq.
"İsmayıl Kartalın istefasından sonra yeni baş məşqçimiz müəyyənləşənə qədər Dirk Kuyt əsas komandamızın texniki məsul şəxsi vəzifəsinə təyin olunub”, - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, ötən gün 65 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.