BAKI, 19 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VIII turu Elçin Əlicanov üçün əlamətdar olub.

Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Zirə"nin futbolçusu turnirdə 100-cü oyununu keçirib.

O, "Kəpəz"lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı müdafiəçinin hesabında 3 qol var.

E.Əlicanovun debütü 2022/2023 mövsümündə "Kəpəz"in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov "Zirə"də 32 oyunda 1 dəfə fərqlənib.