BAKI, 18 oktyabr. TELEQRAF
Misli Premyer Liqasının VIII turunda "İmişli" öz meydanında "Turan Tovuz"u qəbul edib.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.
Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "İmişli" turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. "Turan Tovuz" isə 14 xalla 4-cü pillədə qalıb.
Günün və turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.