BAKI, 19 oktyabr. TELEQRAF

Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Bayramov Azərbaycan Tibb Universitetini bitirib. Daha əvvəl "A-Group" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. Bu ilin aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunub.