BAKI, 18 oktyabr. TELEQRAF
Bakıda "Sabah" və Almaniyanın "Borrusiya Dortmund" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyununun hakimləri bəlli olub.
Teleqraf xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın baş hakimi İspaniya Futbol Federasiyasından Xavyer Alberola Roxas olacaq. Ona yan xətt hakimləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.
Matçın VAR hakimi Sezar Soto Qrado, AVAR hakimi isə Valentin Qomes olacaq.
Qeyd edək ki, "Sabah" - "Borrusiya Dortmund" matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.