BAKI, 19 oktyabr. TELEQRAF

Latviyada Ermənistandan gətirilən 57,6 kiloqram yaşıl çay partiyasının idxalına qadağa qoyulub. Məhsulda Avropa İttifaqında istifadəsi qadağan edilən pestisidin qalıqları aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Ərzaq və Baytarlıq Xidməti məlumat yayıb.

Laboratoriya analizləri çayda tolfenpirad pestisidinin qalıqlarını, həmçinin lambda-sihalotrin və tiametoksam maddələrinin icazə verilən həddən artıq olduğunu üzə çıxarıb.

Xidmətin qərarına əsasən, məhsul məhv edilməli və ya Avropa İttifaqından kənar ölkəyə göndərilməlidir.