BAKI, 18 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında 8-ci tur davam edir.
Teleqraf xəbər verir ki, tura bu gün keçiriləcək son iki qarşılaşma ilə yekun vurulacaq.
Günün ilk matçında "İmişli" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
Turun və günün son oyununda isə "Kəpəz" öz evində "Zirə" ilə üz-üzə gələcək. Gəncə şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
Qeyd edək ki, "Turan Tovuz" turnir cədvəlində 14 xalla 4-cü, rəqibi "İmişli" isə 4 xalla 9-cu pillədə qərarlaşıb. "Kəpəz" 10 xalla 7-ci, "Zirə" isə 11 xalla 6-cı sıradadır.
Azərbaycan Premyer Liqası
VIII tur
18 oktyabr
16:00. “Turan Tovuz” – “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu
18:30. “Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Gəncə şəhər stadionu.