BAKI, 19 oktyabr. TELEQRAF

Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası noyabrın 4–5-də Tallində keçiriləcək.

Bu barədə Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirk Teleqraf-a müsahibəsində bildirib.

"Həmin vaxt Tallində Rəqəmsal Sammit də keçiriləcək. Azərbaycan tərəfdən nümayəndə heyətinə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik edəcək, Estoniyanı isə ədliyyə və rəqəmsal məsələlər nazirinin təmsil edəcəyi gözlənilir", - o vurğulayıb.

Tiina Nirk müzakirələrin əsas mövzuları arasında informasiya texnologiyaları və kibertəhlükəsizliyin olacağını qeyd edib:

"Biz həmçinin işgüzar dairələrin nümayəndələri üçün biznes-seminarın təşkili istiqamətində iş aparırıq".