BAKI, 19 oktyabr. TELEQRAF
Bu gün dövlət və özəl sektoru təmsil edən 40 qurum Dövlət Proqramı məzunlarına 150-yə qədər vakansiya təklif edir.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində deyib.
O bildirib ki, məzunlar işəgötürənlərlə təmasda olmalı, öz bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.
“İşəgötürənlərin mövqeyindən yanaşsaq, hamımıza məlumdur ki, siz kifayət qədər təhsilli və savadlısınız. İşəgötürənlər də bunu bilirlər. Lakin bununla yanaşı, onların sizdən başqa gözləntiləri də var. İşə necə yanaşacaqsınız, işə necə dəyər qatacaqsınız? Bu sualları qarşılıqlı şəkildə müzakirə etməlisiniz”, - nazir müavini bildirib.