BAKI, 18 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Teleqraf xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli"yə məğlub olub - 1:0.

Turun son qarşılaşmasında isə "Kəpəz" doğma meydanda "Zirə"ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

VIII tur

18 oktyabr

16:00. “İmişli” – “Turan Tovuz” 1:0

Qol: D.Roll (25)

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu

18:30. “Kəpəz” – “Zirə” 1:1

Qollar: B. Olabiran (57), D. Volkov (89)

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Gəncə şəhər stadionu.