BAKI, 19 oktyabr. TELEQRAF

Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqelərini zəiflədib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

“İğtişaşlar onun fəaliyyət imkanlarını məhdudlaşdırır”, - Avropa İttifaqı diplomatı bildirib.

Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları başlayıb. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib.

Fransa daxili işlər naziri Loran Nunes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib və hakimiyyət orqanlarının talan və qarət hadisələrində iştirak edən şəxslərin hamısını məsuliyyətə cəlb etməyə davam edəcəyini vəd edib.