BAKI, 19 oktyabr. TELEQRAF
Ukraynanın Azərbaycandakı səfirliyinə çətin qış mövsümündə ukraynalılara dəstək olmaq məqsədilə 11 generator verilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında paylaşım edib.
"Həmrəylik enerjisi" kampaniyası çərçivəsində həyata keçirilən təşəbbüs davam edir. Biznes nümayəndələrini və Ukraynanın dostlarını bu aksiyaya qoşulmağa çağırırıq", - o qeyd edib.