BAKI, 19 oktyabr. TELEQRAF
“Ukraynanın Rusiya ilə davam edən müharibədə qalib gəlməsi heç vaxt mümkün olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krozetto deyib.
“Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək. Mənim məqsədim Ukraynaya salamat qalmaqda və müharibəyə son qoymaqda kömək etməkdir”, - o bildirib.
Krozetto əlavə edib ki, İtaliya Ukraynaya 12 hərbi yardım paketi təqdim edib və ilin sonuna qədər daha bir yardım paketi göndərəcək.