BAKI, 3 oktyabr. TELEQRAF

“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” klubu ilə yoldaşlıq görüşünə çıxacaq.

Teleqraf xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oyunun start fiti saat 20:00-da veriləcək.

Milli komandaların heyətinə dəvət olunan futbolçular bu matçda forma geyinməyəcəklər.

Qeyd edək ki, “Turan” və “Fənərbağça” 1994-cü ildə UEFA Kubokunda qarşılaşıblar. Həmin vaxt İstanbulda keçirilən ilk oyunda meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib. Sumqayıtda baş tutan cavab qarşılaşmasında da Türkiyə təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Yoldaşlıq oyunu

3 oktyabr

20:00. “Turan Tovuz” – “Fənərbağça”

Tofiq Bəhramov adına Respublika stadionu.