BAKI, 17 iyul. TELEQRAF

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə qarşı cavab oyununu keçirib.

Teleqraf xəbər verir ki, İslandiyada baş tutan qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın qollarını Ceydi Muaddib, Pedro Bikalyo və Zakario Savo vurublar.

Azərbaycan çempionu Bakıda keçirilən ilk matçda da rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, iki oyunun nəticəsinə görə 6:0 üstün olan “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib.

***

01:14

"Vestri" - "Qarabağ" matçında hesab 3:0 olub.

Teleqraf xəbər verir ki, Ağdam klubunun heyətində Zakario Savo fərqlənib.

***

01:02

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdiyi cavab matçında mübarizəni davam etdirir.

Teleqraf xəbər verir ki, İslandiyada baş tutan qarşılaşmanın ikinci hissəsi başlayıb.

Hazırda iki oyunun nəticəsinə görə ümumi hesab 5:0 “Qarabağ”ın xeyrinədir.

***

00:48

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdiyi cavab oyununun ilk hissəsini üstün başa vurub.

Teleqraf xəbər verir ki, İslandiyada keçirilən qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

“Qarabağ”ın qollarını 5-ci dəqiqədə Ceydi Muaddib və 29-cu dəqiqədə Pedro Bikalyo vurublar.

Qeyd edək ki, Azərbaycan çempionu ilk görüşdə də rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Hazırda iki oyunun nəticəsinə görə ümumi hesab 5:0-dır.

***

00:30

"Vestri" - "Qarabağ" matçında hesab 2:0 olub.

Teleqraf xəbər verir ki, 29-cu dəqiqədə Pedro Bikalyo fərqi 2-yə çatdırıb

***

00:07

"Vestri" - "Qarabağ" matçında hesab açılıb.

Teleqraf xəbər verir ki, 5-ci dəqiqədə Jali Muaddib Ağdam klubunu önə keçirib - 1:0

***

00:00

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab matçına çıxıb.

Teleqraf xəbər verir ki, Azərbaycan çempionu İslandiyada “Vestri”nin qonağıdır.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib.