BAKI, 18 iyun. TELEQRAF

Niderlandın II liqasında çıxış edən “Dordrext”in baş məşqçisi Dirk Kuyt klubdan ayrılaraq “Fənərbağça”ya qayıda bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Voetbal International” məlumat yayıb.

Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssis Türkiyə klubunun yeni baş məşqçisi İsmayıl Kartalın məşqçilər heyətinə qoşulmaq təklifini qəbul etməyə hazırdır.

Kuytın İstanbula köçməyə müsbət yanaşdığı bildirilir. Lakin “Dordrext” baş məşqçisini yalnız ciddi maliyyə təzminatı qarşılığında buraxmağa razı olacaq.

Klubun texniki direktoru Sjoerd Ars danışıqların mümkün olduğunu təsdiqləyib.

Qeyd edək ki, Dirk Kuyt 2025-ci ilin yayından “Dordrext”i çalışdırır. O, bu yaxınlarda klubla müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb. Kuyt futbolçu karyerası ərzində 2012-2015-ci illərdə “Fənərbağça”nın formasını geyinib.