BAKI, 16 may. TELEQRAF
Futbol üzrə Tunis millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Yığmanın qapıçıları Aymen Dahmən, Sabri Ben Hassin və Mohib Əl-Şamixi olub.
Müdafiəçilər sırasında Yan Valeri, Moutaz Neffati, Dilan Bronn, Raed Çixaui, Montassar Talbi, Adem Arous, Omar Rekik, Əli Abdi və Mohamed Ben Hmida yer alıblar.
Baş məşqçi yarımmüdafiə və hücum xəttinə isə Elyes Skiri, Anis Ben Sliman, Rani Xedira, Mortadha Ben Ouanes, İsmayıl Qarbi, Mohamed Hacı-Mahmud, Hannibal, Elias Saad, Xəlil Ayari, Elias Aşuri, Sebastian Tunekti, Hazem Masturi, Firas Şavat və Rayan Elloumini daxil edib.
Qeyd edək ki, Tunis F qrupunda İsveç, Yaponiya və Niderland yığmaları ilə qarşılaşacaq.