BAKI, 11 noyabr. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maykl Kerriki istefaya göndərərək onun yerinə Maurisio Poçettinonu gətirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Bildirilib ki, Mançester təmsilçisi argentinalı mütəxəssislə ilkin razılığa gəlib. Poçettinonun “Mançester Yunayted”in sükanı arxasında debütünü “Liverpul”la səfər oyununda etməsi gözlənilir.

İngiltərə klubu 54 yaşlı mütəxəssisi ABŞ Futbol Federasiyası ilə 2030-cu ilədək qüvvədə olan müqaviləsindən azad etmək üçün quruma təxminən 9 milyon avro təzminat ödəyəcək. Poçettinonun məşqçi heyətinin də onunla birlikdə Mançesterə gələcəyi gözlənilir.

Qeyd edək ki, Maurisio Poçettino daha əvvəl İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarını çalışdırıb.