BAKI, 11 noyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun braziliyalı futbolçusu Endrik qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Teleqraf “AS” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu oyun praktikasının azlığından narazıdır.
Cari mövsümdə cəmi 140 dəqiqə meydanda olan futbolçu karyerasını başqa klubda davam etdirməyi ciddi şəkildə düşünür.
Endriklə Portuqaliyanın “Sportinq” və İtaliyanın “Roma” klubları maraqlanır. İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” komandaları da braziliyalı hücumçunun transferi variantını nəzərdən keçirir.
“Real Madrid” futbolçunun ayrılmasına mane olmayacaq. Bildirilir ki, Endrik icarə əsasında deyil, birdəfəlik transferlə də komandadan ayrılmağa müsbət yanaşır. Bu halda Madrid təmsilçisi geri satınalma bəndi vasitəsilə futbolçunun gələcəkdə komandaya qaytara bilər.
Qeyd edək ki, Endrik 2024-cü ildən “Real Madrid”də çıxış edir. O, 2025-ci ilin yanvarından iyun ayınadək Fransanın “Olimpik Lion” klubunda icarə əsasında oynayıb.