BAKI, 14 may. TELEQRAF

Türkiyə Kubokunda finalçılar müəyyənləşdikdən sonra Superkubokda iştirak edəcək komandalar da bəlli olub.

Teleqraf xəbər verir ki, “Trabzonspor” yarımfinalda səfərdə “Gençlerbirliği”ni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Daha əvvəl isə “Konyaspor” səfərdə “Beşiktaş”ı 1:0 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanmışdı.

Superliqada isə “Qalatasaray” çempionluğunu təmin edib. Ən yaxın izləyicisi “Fənərbağça”nın mövsümü ikinci pillədə başa vuracağı dəqiqləşib.

Bu nəticələrdən sonra Superkubokda mübarizə aparacaq 4 komanda müəyyənləşib:

“Qalatasaray”, “Fənərbağça”, “Trabzonspor” və “Konyaspor”.

Yeni formata əsasən, Superkubokun yarımfinalında “Qalatasaray” Türkiyə Kubokunun gümüş medalçısı ilə üz-üzə gələcək. “Fənərbağça” isə kubokun qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Superkubokun keçiriləcəyi tarixi yaxın günlərdə açıqlayacaq.