BAKI, 10 may. TELEQRAF

FIFA dünya çempionatının seçmə mərhələsində alınan yüngül pozuntulara görə tətbiq edilən diskvalifikasiyaları ləğv edib.

Teleqraf xəbər verir ki, yenilənmiş qaydalara əsasən, seçmə mərhələdəki yüngül qayda pozuntularına görə verilən cəzalar final mərhələsinə şamil olunmayacaq.

Bu dəyişiklik sayəsində Argentina millisinin “Benfika”da çıxış edən müdafiəçisi Nikolas Otamendi və Ekvador yığmasının “Çelsi”li yarımmüdafiəçisi Moyses Kaysedo DÇ-2026-nın ilk oyunlarında iştirak edə biləcəklər.

Hər iki futbolçu Cənubi Amerika zonası üzrə seçmə mərhələnin son matçında – ekvadorluların 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qırmızı vərəqə almışdı. Lakin qaydalardakı dəyişiklikdən sonra onlar final mərhələsinin ilk oyunlarına buraxılacaqlar.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Argentina Əlcəzairlə, Ekvador isə Kot-d’İvuarla qarşılaşacaq.