BAKI, 9 may. TELEQRAF

İran millisi 2026-cı il dünya çempionatında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlama verib.

O bildirib ki, komanda mundiala qatılacaq, lakin öz prinsiplərindən, mədəniyyətindən və dəyərlərindən imtina etməyəcək: “Heç bir xarici qüvvə İranı layiq olduğu bu turnirdə iştirakdan məhrum edə bilməz”.

Məlumata görə, İran təşkilatçılar qarşısında bir sıra şərtlər irəli sürüb. Bunlara vizaların verilməsi, komanda heyətinə, İran bayrağına və dövlət himninə hörmətlə yanaşılması daxildir. Həmçinin Tehran hava limanlarında, otellərdə və komandanın oyun keçirəcəyi stadionlara gedən marşrutlar boyunca yüksək təhlükəsizlik səviyyəsinin təmin olunmasını tələb edir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.