BAKI, 7 may. TELEQRAF
Fransanın “Monako” klubu icarə əsasında çıxış edən İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Ansu Fatini birdəfəlik transfer edəcək.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Fransa təmsilçisi yaxın zamanda 23 yaşlı futbolçunun 11 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.
Bildirilir ki, “Barselona” oyunçunun gələcək satışından müəyyən faiz əldə etmək hüququnu özündə saxlayacaq.
Qeyd edək ko, Ansu Fati cari mövsüm Liqa 1-də meydana çıxdığı 23 oyunda 20 qol vurub.