"İstanbulda saysız-hesabsız təcrübələrlə dolu çox gərgin bir dövr keçirdim".

Teleqraf xəbər verir ki, bu sözləri "Fənərbağça"nın keçmiş baş məşqçisi Domeniko Tedesko "Kicker" nəşrinə açıqlamasında deyib.

40 yaşlı italiyalı "sarı-lacivərdli" klubun azarkeşlərinə təşəkkür edib:

"Xüsusilə də bizi həmişə dəstəkləyən "Fənərbağça" azarkeşlərinə təşəkkür etmək istəyirəm. Bu klubu xüsusi edənlər məhz onlardır. "Fənərbağça"nın çempionluq arzusunu gerçəkləşdirməsi üçün dua edəcəyəm, çünki azarkeşlər buna çox layiqdirlər. Mən davamlı bir sistem qurmağı hədəfləyirdim və inanıram ki, keçmişlə müqayisədə fərqli bir yanaşma tətbiq etmişdik. Belə emosional bir klubda tək məğlubiyyətdən sonra hər şeyi sorğulamaq əvəzinə, birləşmək lazım idi".

Qeyd edək ki, Superliqanın XXXI həftəsinin derbi matçında "Qalatasaray"a 3:0 hesabı ilə məğlub olduqdan sonra "Fənərbağça" baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.