BAKI, 17 aprel. TELEQRAF
Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" UEFA Konfrans Liqasında 1/4 finalın cavab matçında “AZ Alkmaar” ilə heç-heçə (2:2) edərək yarımfinala yüksəlib.
Teleqraf xəbər verir ki, 39 yaşlı mütəxəssis Avropa turnirlərində yarımfinal mərhələsinə vəsiqə qazanan 4-cü türk baş məşqçi olub.
Həmçinin o, UEFA Konfrans Liqasının yarımfinalına yüksələn ilk türk məşqçi olub.
Qeyd edək ki, bundan öncə Mustafa Denizli (1988/1989),Fatih Terim (1999/2000) və Aykut Kocaman (2012/2013) Avropa kuboklarında yarımfinal mərhələsinə adlayıb.