BAKI, 30 oktyabr. TELEQRAF

Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.

Teleqraf xəbər verir ki, Londonun ICE birjasında dekabr ayında çatdırılma nəzərdə tutulan “Brent” markalı neftin fyuçerslərinin qiyməti təxminən 3 faiz yüksəlib.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 05:49-da “Brent” neftinin bir barelinin qiyməti 2,9 faiz artaraq 114,01 dollara çatıb.

Saat 05:52-yə olan məlumata görə isə artım tempi bir qədər zəifləyib. “Brent” neftinin qiyməti 2,74 faiz bahalaşaraq 113,84 dollar təşkil edib.

Eyni zamanda, noyabr ayında çatdırılma nəzərdə tutulan WTI markalı neftin bir barelinin qiyməti 1,95 faiz artaraq 104,78 dollara yüksəlib.