BAKI, 30 oktyabr. TELEQRAF
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa ictimaiyyətinin Ukraynadakı müharibədən yorulduğunu və Kiyevə dəstəyin davam etdirilməsinin zəruriliyini insanlara izah etməyin getdikcə çətinləşdiyini etiraf edib.
Teleqraf xəbər verir ki, Kallas bu barədə Kanadanın xarici işlər naziri Anita Anand ilə Monreal Universitetində keçirilən ictimai müzakirə zamanı danışıb.
Avropa diplomatiyasının rəhbəri Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq Avropa ölkələrini daha qətiyyətli addımlar atmağa çağırıb.
“Biz dözümlü olmalı və daha çox iş görməliyik. Lakin təbii ki, bunu insanlara izah etmək də getdikcə çətinləşir, çünki hamı bu müharibədən yorulub”, – Kallas bildirib.