BAKI, 30 oktyabr. TELEQRAF

“34 ildən sonra ata-baba yurdumuza qayıdırıq. Bu sevincimizi sözlə ifadə etmək mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Nərgiz Mustafayeva deyib.

Doğma yurduna qayıtmağın sevincini yaşayan Ağdam sakini hisslərini bölüşərkən kövrəlib:

“Sevincdən gözlərim dolub. Uzun illərin həsrətindən sonra nəhayət, yuxularımızda gördüyümüz Ağdama qayıdırıq. Bu, bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük xoşbəxtlikdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizə təkcə doğma torpaqlarımızı deyil, sevincimizi, qürurumuzu və mənliyimizi də qaytardılar”.