BAKI, 30 oktyabr. TELEQRAF
İsraildə keçirilən parlament seçkilərində səslərin 100 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53 mandat qazanaraq parlament çoxluğunu əldə edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” nəşri məlumat yayıb.
Seçkilərin nəticələrinə əsasən, müxalifət partiyaları 48, ərəb siyasi qüvvələri isə 19 mandat əldə ediblər.
Netanyahunun rəhbərlik etdiyi hakim “Likud” partiyası Knessetdə 27 yer qazanıb. “Yaşar” partiyası 21, keçmiş Baş nazir Naftali Bennettin rəhbərlik etdiyi “Beyahad” siyasi birliyi isə 12 mandat əldə edib.
Qeyd edək ki, İsrail parlamenti – Knesset 120 deputatdan ibarətdir. Hökuməti formalaşdırmaq üçün parlamentdə ən azı 61 mandatlıq çoxluğun dəstəyi tələb olunur.
Beləliklə, Netanyahunun rəhbərlik etdiyi blok müstəqil şəkildə parlament çoxluğunu təmin edə bilməyib.