TOVUZ, 30 oktyabr. TELEQRAF
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
"VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb. Yaralılar - Lətifə Əhmədova (1985), Daşdəmir Nəsirov (1998) və Xəqani Əhmədov (1979) Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Qeyd olunur ki, qəzaya uğrayan şəxslər hüzr yerinə gedirlərmiş.
Faktla bağlı araşdırma başlanılıb.